Home İdmanKarateçilərimiz Türkiyədə medal qazandılar – FOTO

Karateçilərimiz Türkiyədə medal qazandılar – FOTO

by Butapress
0 comments

Türkiyənin Rizə şəhərindəki Yenişehir İdman Salonunda “Karadeniz və Hazar Ülkeleri Karate Şampiyonası” adlı yarış keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, çempionatda Qaradəniz və Xəzər hövzəsinə aid ölkələrdən 1000-ə yaxın idmançı uşaqlar, ümidlər və gənclər kateqoriyalarında mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikasından yarışda 3 idmançı iştirak edib.

Onlardan Fatimə Bağırzadə (10–11 yaş, 50 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub, Xədicə Bayramova (10–11 yaş, 35 kq) isə bürünc medal qazanıb.

Bizim.Media

You may also like

Leave a Comment